...

bp "Azəri-Çıraq-Günəşli" üzrə əməliyyat məsrəflərini və əsaslı məsrəfləri açıqlayıb

Energetika Materials 4 May 2023 14:52 (UTC +04:00)
bp "Azəri-Çıraq-Günəşli" üzrə əməliyyat məsrəflərini və əsaslı məsrəfləri açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin birinci rübü ərzində bp-nin "Azəri-Çıraq-Günəşli" yataqlar bloku üzrə əməliyyat məsrəfləri və əsaslı məsrəfləri müvafiq olaraq 115 milyon dollar və 372 milyon dollar olub.

Trend bu barədə cümə axşamı bp-yə istinadən xəbər verir.

Beləliklə, bp-nin AÇG-də əməliyyat məsrəfləri və əsaslı məsrəfləri illik hesablamada müvafiq olaraq 13,5 faiz və 6 faiz azalıb.

2022-ci ilin birinci rübündə əməliyyat məsrəfləri və əsaslı məsrəfləri müvafiq olaraq 133 milyon dollar və 396 milyon dollar olub.

2023-cü ilin birinci rübündə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (24 100), Mərkəzi Azəri (100 000), Qərbi Azəri (93 300), Şərqi Azəri (64 200), Dərinsulu Günəşli (69 400) və Qərbi Çıraq (35 000) platformalarından birlikdə – gündə orta hesabla 386 000 barel və ya ümumilikdə təxminən 35 milyon barel, yəni 5 milyon ton olub.

AÇG-də iştirak payları aşağıdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%).

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti