...

Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü artıb

Energetika Materials 5 May 2023 10:11 (UTC +04:00)
Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü artıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin birinci rübündə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gündəlik orta ötürücülük gücü 61,6 milyon kubmetr olub, halbuki 2022-ci ilin birinci rübündə bu göstərici 56,2 milyon kubmetr olub.

Trend bu barədə cümə günü bp-yə istinadən xəbər verir.

Beləliklə CQBK-nin gündəlik orta ötürücülük gücü illik hesablamada 9,6% artıb.

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) səhmdarları aşağıdakı kimidir: bp (29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), SOCAR (14,35%), NİKO (10,00%), Cənub Qaz Dəhlizi (6,67%).

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti