...

bp-nin Xəzər dənizində 7-yə yaxın platforması artıq internetə qoşulub

Energetika Materials 16 May 2023 14:09 (UTC +04:00)
bp-nin Xəzər dənizində 7-yə yaxın platforması artıq internetə qoşulub
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

bp-nin Xəzər dənizində 7-yə yaxın platforması artıq internetə qoşulub.

Trend çərşənbə axşamı xəbər verir ki, bunu bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu və Yaxın Şərqdə rəqəmsal əməliyyatlar üzrə regional portfelinin sahibi Nizami Mənsirov "GSMA Mobile 360 Eurasia 2023" mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, bp biznesin transformasiyasına çox investisiya qoyur.

"Biz neft hasil olunan regionda yerləşdiyimizdən və platformalar əsasən qurudan uzaqda, dənizdə olduğundan, şəbəkəyə qoşulmaq çox vacibdir. Müxtəlif uzaqdan idarəetmə texnologiyalarının tətbiqi üzrə imkanlarımız effektivliyi artırmalı və maliyyəti azaltmalıdır", - o deyib.

N.Mənsirov müxtəlif telekommunikasiya operatorları ilə tərəfdaşlıq çərçivəsində istehsalatda mobil rabitənin tətbiqi üzrə iş aparıldığını bildirib.

"Xəzər dənizində 6-7 platforma artıq internetə qoşulub", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti