...

Azərbaycanda qaz yataqlarının potensialı yenidən qiymətləndiriləcək

Energetika Materials 2 İyun 2023 10:51 (UTC +04:00)
Azərbaycanda qaz yataqlarının potensialı yenidən qiymətləndiriləcək
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

“Ümid”, “Babək”, “Abşeron”, “Naxçıvan”, “Şəfəq-Asiman” kimi yataqların potensialının yenidən nəzərdən keçirilməsi planlaşdırılır.

Trend -in məlumatına görə, bunu cümə günü Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakı Enerji Həftəsi çərçivəsində deyib.

"Biz bu yataqların potensialını nəzərdən keçirməyi, yenidən texniki qiymətləndirmə aparmağı planlaşdırırıq. Bununla bağlı Fransanın "TotalEnergies" şirkəti ilə əməkdaşlıq edəcəyik. Artıq mayın əvvəlində SOCAR və "TotalEnergies" arasında müvafiq memorandum imzalanıb", - X.Yusifzadə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti