Bakı. Trend:
Həm OPEC, həm də qeyri-OPEC ölkələri üçün ümumi xam neft hasilatı 2024-cü il yanvarın 1-dən 2024-cü il dekabrın 31-dək gündəlik 40,46 milyon barel səviyyəsində müəyyən ediləcək.
Trend xəbər verir ki, bu barədə OPEC+ nazirlərinin bu gün keçirilən 35-ci görüşünün yekunlarına dair bəyanatda deyilir.
Bəyanatda deyilib ki, 2024-cü ilin iyun ayının sonuna kimi bütün OPEC və qeyri-OPEC-ə üzv ölkələr Əməkdaşlıq Bəyannaməsində qiymətləndiriləcək.
Bu qiymətləndirmə neft mənbələri üzrə ixtisaslaşmış üç müstəqil mənbə, yəni "IHS", "Wood Mackenzie" və "Rystad Energy" tərəfindən aparılacaq. Bu qiymətləndirmənin məqsədi 2025-ci il üçün istehsal etalonlarının müəyyən edilməsi üçün əsas olacaq hər bir ölkənin istehsal potensialını müəyyən etməkdir.