...

Cənubi Qafqaz Boru Kəmərində əsaslı xərclər və əməliyyat xərcləri artıb

Energetika Materials 3 Avqust 2023 19:58 (UTC +04:00)
Cənubi Qafqaz Boru Kəmərində əsaslı xərclər və əməliyyat xərcləri artıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü iliin birinci yarısında Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 39 milyon dollar, əsaslı xərclər isə 3 milyon dollardan çox olub.

Trend bu barədə bp-yə istinadən xəbər verir.

Qeyd edilib ki, 2022-ci ilin birinci yarısında isə CQBK-nin əməliyyat xərcləri və əsaslı xərclər müvafiq olaraq təqribən 29 milyon dollar və 2 milyon dollar olub.

Beləliklə, CQBK-də illik hesablamada əməliyyat xərcləri 34,5 faiz, əsaslı xərclər isə 50 faiz artıb.

2023-cü ilin birinci yarısında CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 2022-ci ilin birinci yarısındakı 56,9 milyon kubmetrlə müqayisədə, 6,7 faiz artaraq, illik hesablamada 60,7 milyon kubmetr olub.

Qeyd edək ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır. Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi ilə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: bp (operator – 29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%) və NİKO (10,0%).

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti