...

Gürcüstanın Enerji İnkişafı Fondu ilə onlayn görüş keçirilib

Energetika Materials 27 Dekabr 2023 23:54 (UTC +04:00)
Gürcüstanın Enerji İnkişafı Fondu ilə onlayn görüş keçirilib
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Kamran Hüseynov və Gürcüstanın Enerji İnkişafı Fondunun (GEDF) direktoru Caba Xmaladzenin iştirakı ilə onlayn görüş keçirilib.

Trend-in məlumatına görə, bu barədə AREA-dan bildiriblər.

Məlumata əsasən, görüşdə iki ölkənin bərpa olunan enerji layihələri, bu istiqamətdə dövlət tərəfindən dəstək mexanizmləri barədə məlumat verilib.

Ölkələr arasında bərpa olunan enerji sahəsində mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib, hökumət tərəfindən investorların cəlb edilməsi üzrə qarşılıqlı bilik və təcrübə mübadiləsi müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti