...

Apollo bp-nin TANAP-dakı 12% payına sahib olan törəmə şirkətində pay alır

Energetika Materials 21 Mart 2025 12:48 (UTC +04:00)
Apollo bp-nin TANAP-dakı 12% payına sahib olan törəmə şirkətində pay alır
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

bp və Apollo TANAP üzrə saziş imzalayıblar. Sazişə əsasən, Apollo TANAP-da 12% paya malik olan BP Pipelines (TANAP) Ltd-də (bp TANAP) nəzarət hüququ olmadan 25 faizlik pay alacaq.

Bu barədə Trend bp-yə istinadən xəbər verir.

Razılaşmaya əsasən, Apollo bp TANAP-ın nəzarət hüququ olmadan payını təxminən 1 milyard ABŞ dollarına alacaq. Bu əməliyyatdan əldə edilən gəlir bp-nin 20 milyard ABŞ dolları dəyərində aktiv satışı və digər kapital artımı proqramına töhfə verəcək.

Bu əməliyyat bp-yə TANAP-dakı payını monetizasiya etməyə imkan versə də, bp TANAP-ın səhmdarı olaraq qalacaq və bp tərəfindən idarə olunan Azərbaycanın Şahdəniz qaz yatağının qaz təchizatı zəncirinin mühüm hissəsi olan boru kəmərində uzunmüddətli kommersiya və strateji maraqlarını, o cümlədən, idarəetmə hüquqlarını qoruyub saxlayacaq.

Sövdələşmənin tənzimləyici orqanlar və TANAP səhmdarlarının təsdiqi ilə 2025-ci ilin 2-ci rübündə bağlanacağı gözlənilir.

Qeyd edək ki, TANAP Azərbaycanın "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazı Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədinə nəql edir. TANAP-ın ümumi dəyəri yeddi milyard dollardan azdır.

TANAP-ın ilkin ötürmə gücü ildə 16 milyard kubmetr qaz təşkil edir və gələcəkdə bu həcmin 31 milyard kubmetrə qədər artırılması mümkündür. Bu qazın təxminən 6 milyard kubmetri Türkiyəyə, qalan hissəsi isə Avropaya çatdırılır.

TANAP qaz kəmərinin Türkiyə ərazisində doldurulmasına 2018-ci ilin yanvar ayının sonunda başlanılıb.

TANAP-ın istismara verilməsi mərasimi 12 iyun 2018-ci ildə Türkiyənin Eskışəhər şəhərində keçirilib. Türkiyəyə ilk kommersiya qaz tədarükü 30 iyun 2018-ci ildə başlanıb. TANAP-ın Avropa ilə birləşməsinin açılış mərasimi 30 noyabr 2019-cu ildə Türkiyənin İpsala (Edirnə vilayəti) şəhərində baş tutub.

Genişləndirmə üçün ötürmə gücünün ildə 24 milyard kubmetrə çatdırılması məqsədilə bir neçə əlavə kompressor stansiyasının quraşdırılması tələb olunur. Gücün 31 milyard kubmetrə çatdırılması üçün ümumilikdə yeddi kompressor stansiyası lazım olacaqdır.

Hal-hazırda Trans-Anadolu qaz kəməri vasitəsilə hidrogen qarışığının nəqli imkanları araşdırılır. Texniki baxımdan TANAP vasitəsilə nəql edilən təbii qazın tərkibində hidrogenin payı 2 faiz səviyyəsində ola bilər.

TANAP sisteminin hesablanmış istismar müddəti 2062-ci ilə qədər davam edəcək.

Xəbər lenti

Xəbər lenti