...

"GL Group" və SOCAR büdcənin icrası və iş proqramının yerinə yetirilməsini müzakirə ediblər

Energetika Materials 9 Fevral 2026 11:28 (UTC +04:00)
"GL Group" və SOCAR büdcənin icrası və iş proqramının yerinə yetirilməsini müzakirə ediblər
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

"GL Group" və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) büdcənin icrası və iş proqramının yerinə yetirilməsini müzakirə ediblər.

Trend bu barədə “GL Group”a istinadən xəbər verir.

Qeyd olunur ki, “GL Group”un Baş İcraçı Direktoru və Məşvərət Şurasının Sədri Asif Zeynalovun və SOCAR-ın Vitse-Prezidenti Babək Hüseynov rəhbərliyi ilə keçirilən iclasda saziş sahələrində görülmüş işlər, 2025-ci il üzrə İş Proqramı və Büdcənin icra nəticələri, eləcə də 2026-cı il üçün planlaşdırılan əməliyyat və investisiya istiqamətləri müzakirə olunub.

Səfər çərçivəsində iclas iştirakçıları “Salyan Oyl Ltd” Əməliyyat Şirkətinin Qarabağlı yatağında yerləşən 6-cı sahəyə, Kürsəngi yatağında yeni istismara verilmiş neft quyusuna, həmçinin hazırda qazma işləri aparılan neft quyusuna baxış keçiriblər.

Keçirilən görüş “GL Group” və SOCAR arasında strateji əməkdaşlığın daha da genişləndirilməsi, istehsalat səmərəliliyinin artırılması və birgə layihələrin davamlı inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, GL Group Azərbaycanda beş neft-qaz yatağını, o cümlədən Salyan rayonunda yerləşən “Kürsəngi” və “Qarabağlı” yataqlarını, Abşeron yarımadasında isə “Buzovna–Maştağa”, “Qala” və “Zirə” yataqlarını istismar edir. Qrupun portfelinə “Salyan Oil Limited” və “Taghiyev Operating Company” əməliyyat şirkətləri, eləcə də neft-qaz sənayesində texniki xidmətlər göstərən “GL Technical Services” şirkəti daxildir. GL Group ilk beynəlxalq layihəsi çərçivəsində 2024-cü ildə Türkiyənin Frakiya hövzəsində yüksək perspektivli qaz lisenziyasına sahib olan Kanadanın “Gazelle Energy Limited” şirkətində 25 faiz pay əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti