...

LUKOIL PAYIZDA "YALAMA"NIN QAZILMASI ÜZRƏ TƏKLİFİ AR DNŞ-YƏ TƏQDİM EDƏƏCK

Energetika Materials 20 İyun 2005 14:12 (UTC +04:00)

Rusiyanın LUKOIL şirkəti bu ilin sentyabr-oktyabr aylarında ar DNŞ-yə "Yalama" strukturundakı (D-222 bloku) ikinci kəşfiyyat quyusunun qazılması üzrə təklifini AR DNŞ-yə təqdim edəcək. AR DNŞ rəhbəri Natiq Əliyevin jurnalistlərə bildirdiyi kimi, şirkət 3-4 aydan sonra AR DNŞ-yə ikinci quyunun optimal nöqtəsi üzrə təklifini təqdim edəcək.

Onun sözlərinə görə, D-222 blokunda birinci kəşfiyyat quyusunun qazılması başa çatdırılıb. "İndi onlar quyuya aid geofiziki və digər məlumatları öyrənəcəklər" - deyə o bildirib.

Birinci kəşfiyyat quyusunun 4523 metr layihə dərinliyində qazılması təxminən 7,5 ay davam etdirilib.Beləliklə, LUKOIL "Heydər Əliyev adına" (keçmiş LİDER) qazma qurğusundan istifadəyə görə sazişin iştirakçısı olan Chevron Overseas Petroleum Azerbaijan LTD şirkətindən aldığı qazma günlərindən (219 gün) tamamilə istifadə edib.

Öncədən LUKOIL şirkətinin rəsmi nümayəndələri Trend agentliyinə bəyan etmişdilər ki, birinci kəşfiyyat quyusu heç bir nəticə verməyib.

Xəbər lenti

Xəbər lenti