...

"ŞAHDƏNİZ" İSTEHSAL OBYEKTLƏRİNİN TİKİNTİSİ MƏRHƏLƏSİNDƏ LUKOYL KREDİT ÜZRƏ ZƏMANƏTİ ÖZÜ TƏMİN EDƏCƏK

Energetika Materials 29 İyul 2005 12:50 (UTC +04:00)

"Şahdəniz" yatağının işlənməsi üzrə istehsal obyektlərinin tikintisi mərohələsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) "LUKOYL Oversiz" üçün ayırdığı kredit Rusiya şirkətinin zəmanəti ilə təmin ediləcək. "LUKOYL Oversiz" tərəfindən yayılan press-relizdə bildirilir ki, "Şahdəniz" artıq sənaye istismarına buraxıldıqdan sonra kredit hasil olunan xammalın - təbii qaz və qaz konsendatının reallaşması nəticəsində əldə olunan vəsaitin vasitəsilə təmin ediləcək.

Dünən Moskvada AYİB "LUKOYL Oversiz"lə qaz kondensatlı "Şahdəniz" yatağının işlənməsi və Gürcüstana və Türkiyəyə qaz ixrac edəcək Cənubi Qafqaz boru kəmərinin (SCP) tikintisi layihələri üzrə layihə çərçivəsində xərclərin maliyyə payları üzrə kerdit razılaşması imzalayıb. AYİB "LUKOYL Oversiz"ə 12 il müddətində 180 milyon dollar vəsait verib.

"LUKOYL Oversiz" şirkətinin press-relizində qeyd olunur ki, AYİB-in ayırdığı kreditie bir hissəsi kommersiya bazarında sindikatlaşdırılacaq. "Bank "LUKOYL Oversiz"in iri investisiya ehtiyatlarını istehsal sahəsinə yönəltmək barədə niyyətlərini, eləcə də müəssisənin maliyyə şəffaflığını və keyfiyyətlə idarə olunmasının təmin olunmasını alqışlayır", - deyə AYİB-in təbii ehtiyatlar üzrə departamentinin direktoru Kevin Borts kredit razıldaşmasının imzalanmasının yekunu zaman bildirib.

Öz növbəsində "LUKOYL Oversiz" şirkətinin prezidenti Andre Kuzyayev qeyd edib ki, AYİB-lə əməkdaşlığın genişləndirilməsi şirkət üçün strateji baxımdan çox əhəmiyyətlidir. "AYİBlə müqavilə "LUKOYL Oversiz" üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, müəssisənin kredit tarixi inkişaf etdikcə onun iri beynəlxalq layihələr çərçivəsində fəal istehsal fəaliyyətini nəzərə çarpdırır", - deyə o, qeyd edib.

Xəbər lenti

Xəbər lenti