Sentyabrda Astarada modul tipli elektrik stansiyasının təməlinin qoyulması ilə bağlı təntənəli mərasim keçiriləcək. Azərenergi Səhmdar Cəmiyyətinin (SC) mətbuat xidmətindən Trend ə verilən məlumatda bildirilir ki, SC-in baş mühəndisinin müavini Mehdi Baxışovun sözlərinə görə, yerli hakimiyyət və Azərbaycan zhökumətinin sanksiyası ilə 12 hektarlıq ərazi Astara rayonunda modul tipli elektrik stansiyasının tikintisi üçün ayrılıb.
Hər biri 8,7 MVt olmaqla 10 moduldan ibarət Astara glektrik stansiyası Azərenerjinin 2005-2006-cı illərdə istismara verəcəyi 52 belə stansiyadan birincisidir.
Bu istiqamətdə Finlandiyanın Warstila bankı ilə müqavilə imzalanıb. Tikinti meydanında artıq torpaq, topoqraik, geoloji kəşfiyyat və yardım işləri aparılıb.