...

Natiq Əliyev: Azərbaycanla Qazaxıstan arasında Bakı-Tbilisi-Ceyhan üzrə hökumətlərarası saziş 2005-ci ilin sonuna kimi imzalana bilər

Energetika Materials 21 Oktyabr 2005 12:22 (UTC +04:00)

Azərbaycanla Qazaxıstan arasında neftin Bakı-Tbilisi-Ceyhan (BTC) boru-kəməri ilə birgə nəqlinə dair hökumətlərarası saziş 2005-ci ilin sonuna kimi imzalana bilər. Bu barədə Trend ə AR DNŞ-in rəhbəri və BTC Co-nun baş direktoru Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, bu saziş artıq Qazaxıstan tərəfi ilə razılaşdırılıb. "Saziş bütün nazirliklərə təqdim olunub və artıq müvafiq rəylər verilib. Bu istiqamətdə heç bir problem yoxdur", - deyə N.Əliyev qeyd edib.

"Kaşaqan" layihəsinin səhmdarları 2008-2009-cu illərdə BTC kəməri ilə 7,5 mln ton neft nəql etməyi öhdəsinə götürüb. Bu boru kəməri ildə 50 mln ton neft nəql etmək gücünə malikdir.

Xəbər lenti

Xəbər lenti