...

Heydər Əliyev adına NEZ 2006-cı ilin əvvəlində TSE sertifikatı alacaq

Energetika Materials 18 Noyabr 2005 18:43 (UTC +04:00)

Heydər Əliyev adına neft emalı zavodu (keçmiş Azneftyanacaq) 2006-cı ilin əvvəlində Türkiyənin standartlar İnstitutunun (TSİ) informasiya təhlükəsizliyi sistemi üzrə "TSE ISO-EN 17799" sertifikatını alacaq. Noyabrın 18-də bu barədə Trend ə TSİ-nin prezidenti Kənan Malatyaoğlu bildirib.

Onun sözlərinə görə, hazırda zavodda bu istiqamətdə təlim aparılır. "Biz 2-3 ay ərzində sistemin quraşdırılmasını həyata keçirəcəyik, bundan sonra zavod sertifikat ala bilər. Bu, 2006-cı ilin yanvarında yaxud fevralında baş verç bilər" -deyə o bildirib.

NEZ 2003-cü ilin 7 aprelində 3 septifikat - keyfiyyətə görə TSE - "TSE ISO- EN 9000", ətraf mühitin mühafizəsinə görə "TSE ISO-EN 14000", işçilərin təhlükəsizliiynə görə "TSE ISO-OHSAS 18001" sertifikatlarını alıb.

Xəbər lenti

Xəbər lenti