...

Qazaxıstan Azərbaycan ilə neftin nəqlinə dair müqavilə imzalayacaq

Energetika Materials 3 Dekabr 2005 11:34 (UTC +04:00)

Qazaxıstan neftinin dənizlə Azərbaycana nəqlinin inkişafı məqsədilə xammalın AR ərazisi ilə daşınmalarında yardım və dəstəyə dair bu yaxınlarda imzalanması planlaşdırılan müqaviləyə hazırlıq aparılır. Bu barədə Trend Qazinform-a istinadən bildirir.

Müqavilə neft nəqli infrastrukturu tikintisinin əsasıdır və Qazaxıstan neftinin BTC sistemi ilə nəqlinin təşkilinə imkan verəcək. Qazinform-un müxbiri bildirir ki, bu barədə cümə günü Pekində başa çatmış Qazaxıstan-Rusiya-Çin neft forumunda QR energetika və mineral ehtiyatlar Nazirliyinin neft sənayesi Departamentinin rəisi Musabəy İsayev bəyan edib.

Bundan başqa, uzun zamandır ki, Qazaxıstan-Türkmənistan-İran neft boru kəmərinin inşası layihəsi araşdırma mərhələsindədir.Hazırda bir neçə beynəlxalq şirkət layihənin Türkmənistan və İran ərazisi üzrə TİƏ-nin işlənib-hazırlanmasına başlayıb. M.İsayev həm də bəyan edib ki, neft və qaz nəqlinin mövcud infrastrukturları Asiya istehsalçıları üçün kifayət deyil. Sovet dövründən başlayaraq Rusiya, Qazaxıstan və Mərkəzi Asiyadan bütün neft boru kəmərləri qərbə, Avropaya yönəlib. İndi Asiya bazarı güclü inkişaf edir və dominant rol oynayır. Bununla bağlı olaraq Qazaxıstan Çinlə birgə Atasu-Alaşankou boru kəmərinin inşasını başa çatdırır və gələn ilin ortalarında istismara verməyi planlaşdırır.

Boru kəmərinin Qazaxıstanın qərb rayonları ilə birləşdirilməsi üzrə işlər aparılır. 1000 km uzunluqda Kənkiyək-Qumgöl (buradan Atasuya boru gedir) sahəsi üzrə TİƏ hazırlanıb. İndi tərəflər danışıqlar aparır və Hökumətlə layihənin gerçəkləşdirilməsi üçün maliyyə vəsaitləri mənbəyini razılaşdırır.

Xəbər lenti

Xəbər lenti