...

Azərenerji "Rusiya EEŞ" RSC-nin Azərbaycan üçün elektrik enerjisinin ixracının dəyərinin 40% artırmasını məqbul hesab etmir

Energetika Materials 14 Dekabr 2005 13:24 (UTC +04:00)

"Rusiya EEŞ" RSC tərəfdən elektrik enerjisinin ixrac qiymətlərinin 40% artırılmasını Azərbaycan üçün əlverişli hesab etmir. Bu barədə Trend ə , Azərenerji SC-nin prezident Etibar Pirverdiyev məlumat verib.

Onun sözlərinə görə, hazırda Azərenerji bu məsələ ilə bağlı "Rusiya EEŞ"RSC ilə danışıqlar aparır. "Hazırda biz 1 kVt/s elektrik enerjisini 2,80 sentə idxal edirik. "Rusiya EEŞ" RSC elektrik enerjisinin ixrac qiymətinin 4 sentə qədər artırılması barədə məlumatlandırıb. Onlar bunu Rusiyada qazın qiymətinin artması və bunun nəticəsində də elektrik enerjisinin istahsal dəyərinin artması ilə izah edirlər. Lakin biz stansiyalarımızın Rusiya qazını hazırki qiymətlərə alacağına da əmin deyilik", - deyə E.Pirverdiyev bildirib.

SC-in prezident bildirib ki, "Rusiya EEŞ" RSC -nin qiymətləri qaldırması əhali arasında təşvişə səbbə olmamalıdır. Çünki onun həcmi ölkənin ümumi tələbatının cəmi 3-4%-ni təşkil edir.

Azərenerji SC-nin ""Rusiya EEŞ" RSC -lə müqaviləsinin müddəti dekabrın 31-də başa çatır.

"Rusiya EEŞ" RSC -dən Trend ə bildirilib ki, Rusiyanın Federal Tarif xidməti 2006-cı ildə elektrik enerjisinin ixrac qiymətini artırmağı planlaşdırır ki, bu da Səhmdar Cəmiyyətləri özlərinin bütün xarici tərəfdaşları üçün müvafiq qiymətləri qaldırmağa məcbur edir. Hər ay Azərbaycan Rusiyadan 70-75 mln kVt/s elektrik enerjisi alır.

Xəbər lenti

Xəbər lenti