...

Barmek Azərbaijan yanvar ayından elektrik enerjisinə görə vəsaiti 100% toplanmasını həyata keçirmək niyyətindədir

Energetika Materials 5 Yanvar 2006 14:11 (UTC +04:00)

Barmek Azərbaijan (Bakı və Sumqayıtın enerji paylayıcı şəbəkələrinin operatoru) yanvar ayında satılan enerjiyə görə abunəçilərdən 100% vəsait toplanmasını həyata keçirmək niyyətindədir. Bu barədə Trend ə şirkətdən məlumat verilib.

"2006-cı ilin yanvarından biz Azərenerji SC-nə Bakıda alınan elektrik enerjisinə görə 100% həcmdə vəsait ödəməliyik. Ona görə də bizim üçün tam həcmdə vəsait toplanmasını həyata keçirmək zəruridir. Yanvarın 5 -dən bizim bütün abunəçilər elektrik enerjisinə görə vəsaitin ödənilməsi barədə xəbərdarlıq ediləcəklər. Bununla əlaqədar, yanvarın 10-11-də "Qurban Bayramı"nda biz ciddi tədbirlər görməyi planlaşdırırıq, eləcə də, yanvarın 12-dən etibarən haqqını ödəməyənlərin elektrik enerjisinin kəsilməsini nəzərdə tutmuşuq", - deyə şirkətin nümayəndəsi bildirib.

Hazırda Bakıda və Sumqayıtda 20 min, Elektrik Enerjisinin satıhı və istismarı üzrə Xaçmaz regional İdarəsində 6 min abunəçinin şirkətə 80 mlrd manat həcmində borcu var.

Xəbər lenti

Xəbər lenti