...

AR DNŞ Batumidən bir partiya neftin satışı üzrə tenderi bağlı elan edib

Energetika Materials 13 Yanvar 2006 11:26 (UTC +04:00)

Azərbaycan Dövlət Neft şirkəti (AR DNŞ) Gürcüstanın Batumi limanından bir partiya mənfəət neftinin satışı üzrə tenderi bağlı elan edib. AR DNŞ-dən Trend ə verilən məlumata görə, tenderin qalibi Almaniyanın Select Energy GmbH treyderi olub.

Şirkət nümayəndəsinin sözlərinə görə, Select Energy fevralın 3-4-də "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən 80 min ton (600 min barel) Azəri Light növlü neft yükləyəcək.

Batumi neft terminalı ildə 15 mln tona qədər neft yükü daşımaq qabiliyyətinə malikdir. Terminal 4 körpüdə 30-90 min ton dedveytli tankerlərə xidmət edir. Onun rezervuar parkının gücü təxminən 530 min tondur ki, bu da dəhlizdən keçən cari və proqnozlaşdırılan həcmlərin daşınması üçün nəzərdə tutulandan kifayət qədər artıqdır.

Xəbər lenti

Xəbər lenti