...

Yanvar – fevralda AR DNŞ təxminən 624 mln kub. metr qaz hasil edib

Energetika Materials 6 Mart 2006 19:47 (UTC +04:00)

2006-cı ilin yanvar-fevralında "Azneft" İB-nin neft-qaz hasilatı idarələri (NQÇİ) tərəfindən 623 mln. 999 min kub metr qaz hasil edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 0,9% çoxdur. Trend bildirir ki, daha çox həcmdə qaz "Günəşli" yatağını işləyib hazırlayan "28 may" NQÇİ tərəfindən hasil edilib. Buraya AR DNŞ-in də neft və qaz hasilatının əsas həcmi daxildir. Bu yataqda yanvar-fevralda 395 mln. 138 min kub metr qaz hasil edilib ki, bu da ötən ilin yanvar-fevralından 4,4% çoxdur.

Daha az neft və qaz hasilatı həcmi "Muradxanlı" yatağında müşahidə olunur. Bu ilin yanvar-fevralında burada 100 min kub metr qaz hasil edilib ki, bu da proqnoza və ötən ilin hasilat həcminə uyğundur.

Ötən ildən qaz hasilatında daha çox gerilik "Balaxanıneft" NQÇİ-də müşahidə olunur. Burada bu ilin proqnozunun ötməsinə baxmayaraq 1569 min kub metr qaz hasil edilib ki, bu da ötən illə müqayisədə 62,3% azdır. Bununla, AR DNŞ-in neft hasilatında fəaliyyətinin mövcud həcmin saxlanılmasına yönəldilməsinə baxmayaraq qaz hasilatında əksinə Dövlət neft şirkəti artıma nail olmaq niyyətindədir. Xüsusilə, bunun hazırda atmosferə atılan aşağı təzyiqli qaz yığımı, eləcə də yeni quyuların qazması hesabına edilməsi nəzərdə tutulur. 2006-cı ilin yanvar-fevralında "Azneft" İB-nin faktiki və planlı qaz hasilatının (min kub metr) müvafiq cədvəli belədir:

Neft-qazçıxarma idarələri (NQÇİ)

fevral, fakt

% 2005-ci ilin fevralı

28 May

395138

104,4

Neft Daşları

8440

100,0

N.Nərimanov adına

78520

95,7

Balaxanıneft

1569

37,7

Qum Adası

56823

99,7

Abşeronneft

6411

96,6

Bibi-Heybətneft

3625

101,0

Suraxanıneft

3009

93,9

A.Əmirov adına

6831

129,2

Bulla-Dəniz

59243

91,1

H.Z.Tağıyev adına

1560

100,0

Siyəzənneft

2730

92,5

Muradxanlı

100

100,0

Azneft İB üzrə cəmi

623999

100,9

Xəbər lenti

Xəbər lenti