...

AR DNŞ xüsusi treyder şirkəti yaratmağı planlaşdırır

Energetika Materials 7 Mart 2006 16:00 (UTC +04:00)

AR DNŞ potensiallı istehlakçılara birbaşa neft satışı məsələləri ilə məşğul olacaq törəmə şirkət yaratmağı planlaşdırır. AR DNŞ-də Trend ə bildirilib ki, şirkət təqribən Londonda yaradılacaq və ilk vaxtlar kommersiya funksiyalarına ayrılmayacaq.

AR DNŞ nümayəndəsinin sözlərinə görə, şirkətin Dövlət neft şirkəti üçün Azərbaycan neftinin tədarükünə dair uzunmüddətli müqavilələrə əsasən təşkil ediləcəyi və işləyəcəyi nəzərdə tutulur.

"Ola bilsin ki, gələcəkdə (BTC boru kəməri işə salındıqdan sonra) biz qismən spot-müqavilələrlə neft satışı üçün tenderlər elan edilməsindən imtina edərik və uzunmüddətli sazişlər əsasında işləməyə başlayarıq" -deyə AR DNŞ nümayəndəsi qeyd edib.

"Gələcəkdə bu şirkət kommersiya funksiyalarına ayrıla bilər" -deyə AR DNŞ nümayəndəsi qeyd edib.

Hazırda AR DNŞ bu qurumun yaradılmasının dəqiq tarixini bilmir, belə ki, bu qurumun təşkili üçün Azərbaycanın müvafiq idarələri ilə bir çox məsələlər razılaşdırılmalıdır.

BTC boru kəmərinin istismara buraxılması bu il nəzərdə tutulur. Boru kəmərinin ilkin buraxılış qabiliyyəti ümumi 50 mln. ton olmaqla 25 mln. ton təşkil edəcək. 2008-09-cu illərdən BTC ilə neftin nəqlinə Qazaxıstan da qoşulacaq.

Xəbər lenti

Xəbər lenti