...

Gobustan Operating Company quyunun qazılmasını başa çatdırıb

Energetika Materials 25 Aprel 2006 14:23 (UTC +04:00)

"Cənub-Qərbi Qobustan" müqavilə sahəsini işləyən "Gobustan Operating Company" şirkəti bu il ilk quyunun qazılmasını başa çatdırıb. Hazırda quyuda sementləmə işləri gedir. Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) Trend agentliyinə verilən məlumata əsasən, quyunun dərinliyi təxminən 4 100 metrdir.

Hazırda şirkət quyunun mənimsənilməsinə başlayıb. Bu proses başa çatdıqdan sonra quyunun neft və ya qaz verəcəyi məlum olacaq. Bu, istismar quyusu olacaq.

2006-cı ilin yayında GOC bütün "Cənub-Qərbi Qobustan" müqavilə sahəsində 2D və 3D seysmik kəşfiyyat aparmağı planlaşdırır. Həmin sahəyə daxil olan "Daşgil", "Duvannıy" və "Kənizdağ" yataqlarında (200 km.2) 3D seysmik kəşfiyyat, "Mərkəzi" və "Şimal" bloklarında (480 km2) isə 2D seysmik kəşfiyyat aparılacaq. Alınmış məlumatların təhlilini ilin sonuna qədər başa çatdırmaq planlaşdırılır.

ARDNŞ ilə imzalanmış PSA-ya əsasən, "Cənub-Qərbi Qobustan" müqavilə sahəsinin işlənməsi ilə GOC şirkəti məşğuldur. GOC-da səhmlərin 80%-i Commonwealth Gobustan Limited, 20%-i isə ARDNŞ-yə məxsusdur. Commonwealth Gobustan Limited şirkətində 37,17% Arawak Energy, 62,83% China National Petroleum Company şirkətlər qurupuna məxsusdur.

Ryder Scott müstəqil neft-qaz məsləhətçisinin məlumatlarına görə, yatağının subut olunmuş ehtiyatları 51,6 mln. barel neft ekvivalentinə, ümimu ehtiyataları isə (sübut olunmuş və ehtimal olunan) 135,4 mln. barel neft ekvivalentinə bərabərdir. Sübut olunmuş neft ehtiyatları 15,8 mln. barel, 214,65 mln. f3 qaz təşkil edir. Ümumi ehtiyatlar 66,6 mln. barel neft və 412,933 mln. f3 qaza bərabərdir.

Xəbər lenti

Xəbər lenti