...

BTC boru kəməri artıq 1,1 mln ton neftlə doldurulub

Energetika Materials 29 Aprel 2006 12:05 (UTC +04:00)

Hazırda Bakı-Tiflis-Ceyhan boru kəməri 1,1 mln. ton neftlə doldurulub. Ümumiyyətlə, kəmərin doldurulması üçün təxminən 1,4 mln. ton neft (10 mln. barel) lazımdır. Bu barədə Azərbaycan Dövlət Neft şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.

Onun sözlərinə görə, Ceyhandan birinci neft tankeri 2006-cı il mayın sonu-iyunun əvvəlində göndəriləcək.

Yaxın bir neçə gün ərzində neft Türkiyə ərazisində 4-cü nasos stansiyasına çatacaq. Sınaqdan sonra isə Ceyhan limanına göndəriləcək.

Bu il boru kəməri ilə sutkada orta hesabla 300 min barel neft nəql ediləcək. Ancaq 2006-cı ilin sonuna bu göstərici artacaq. Belə ki, ilin əvvəlində bu həcm 300 min bareldən az idi.

Xəbər lenti

Xəbər lenti