...

İyunun sonuna qədər Azərenerji "Xaçmaz" yarımstansiyasının tikintisi layihəsi üzrə baş podryatçını müəyyənləşdirməyi planlaşıdırır

Energetika Materials 21 İyun 2006 15:31 (UTC +04:00)

İyunun sonuna qədər Azərenerji SC 330 kV-lıq "Xaçmaz" yarımstansiyasının tikinti layihəsi üzrə baş podryatçını müəyyənləşdirməyi planlaşıdırır. Trend agentliyinin Azərenerji SC-yə istinadən yaydığı məlumata əsasən, tender komissiyası "Darl-handasa" ərəb konsaltinq şirkətilə birgə müsabiqə keçirir. 6 iddiaçının - Siemens (Almaniya), ABB (İveç-İsveçrə), Areva (Fransa), Sunir və NEC (İran), CNEEC-in (Çin) təklifləri nəzərdən keçirilir. Qalib seçildikdən və kreditor İslam İnkişaf Bankı (İİB) tərəfindən təsdiqləndikdən sonra işlərin həcmi maliyyə tələbləri, müddəti və sairənin əks olunduğu müqavilə imzalanacaq.

Yarımstansiyanın tikintisinin 2006-cı ilin sonuna qədər başlayacağı gözlənilir. Onun yeri artıq müəyyənləşdirilib. Bu, Xaçmaz enerji qovşağının yaradılması üçün ayrılmış sahədir. Hazırda seqmentlərin birində modul elektrik stansiyası və 110 kilovoltluq yarımstansiya inşa edilir.

Layihənin gerçəkləşdirilməsi üçün İİB 6% dərəcəsilə 12 il müddətinə $13,508 mln həcmində kredit təqdim edib.

"Xaçmaz" yarımstansiyası Azərbaycanın Rusiya ilə enerji mübadiləsi etdiyi Yaşma-Dərbənd EÖX-dən qidalanacaq. Həmin yarımstansiya energetika sisteminin manevr qabiliyyətini artıracaq və həmin regionda elktrik enerjisinin paylaşdırılmasını yaxşılaşdıracaq ki, bu da gələcəkdə ikinci Yaşma-Dərbənd EÖX-nin çəkilməsinə imkan yaradacaq.

Xəbər lenti

Xəbər lenti