...

Azərbaycan neftinin qiyməti artmaqda davam edir

Energetika Materials 7 İyul 2006 13:20 (UTC +04:00)

İyulun 6-da bir barel AZERI LT FOB Ceyhan neftinin qiyməti $72,09 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,48 artıb). Neft Ceyhan limanına BTC boru kəməri ilə çatdırılır.

Trend in xəbər verdiyi kimi, iyulun 6-da bir barel AZERI LT CIF Augusta neftinin qiyməti $73,35 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,45 artıb). Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

İyulun 6-da bir barel URAL (EX-NOIO) neftinin qiyməti $67,18 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,56 artıb). URAL neftinin sıxlığı API üzrə 30,4-31,85 dərəcə, kükürdün həcmi isə 1,8% təşkil edir.

İyulun 6-da bir barel DTD neftinin qiyməti $73,16 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,52 artıb). DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

Xəbər lenti

Xəbər lenti