...

İsrail Azərbaycan neftinin sınaq partiyasını Hindistan və Çin bazarlarına göndərəcək

Energetika Materials 10 İyul 2006 13:17 (UTC +04:00)

İsrailin infrastruktrur naziri Binyamin Ben-Eliyezer iyulun 13-də Türkiyənin Ceyhan limanında keçiriləcək Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin təntənəli açılış mərasimində iştirak edəcək. Bu barədə Trend İsrail KİV-lərinə istinadən xəbər verib.

Onu İsrail iqtisadiyyatının görkəmli xadimləri, o cümlədən NEZ-in direktorlar şurasının sədri Oxed Maranii və KASA şirkətinin direktorlar şurasının sədri Oren Şaxor müşayiət edəcəklər.

Trend ə məlum olduğu kimi, İsrail artıq BTC boru kəməri ilə Ceyhan limanına çatdırılmış Azərbaycan neftinin ilk sınaq partiyasını alıb. Hazırda Azərbaycandan alınmış neftin bir hissəsinin çənlər vasitəsilə Aşkelona, oradan isə KASA neft kəməri vasitəsilə Eylata və sonra Şərqi Asiya - Hindistan və Çin bazarlarına daşınmasının mümkünlüyü yoxlanılır.

Neftdaşıyan bazarın iştirakçıları qeyd ediblər ki, İsrail hazırda Azərbaycan neftinin mütəmadi olaraq Ceyhandan alınması layihəsinin iqtisadiyyatının öyrənilməsi ilə fəal surətdə məşğuldur. "İsrailin neft partiyasının Hindistan və Çin bazarlarına ixracı ilə bağlı planları layihə iqtisadiyyatının sınaqdan keçirilməsi üçündür", - deyə bazar iştirakçısı bildirib.

Xəbər lenti

Xəbər lenti