...

"Ələt-dəniz" yatağında yeni quyu istismara verilib

Energetika Materials 11 İyul 2006 19:22 (UTC +04:00)

"Bulla" kəşfiyyat quyularının qazılması üzrə dəniz idarəsi qazma işlərini başa çatdırıb və "Ələt-dəniz" yatağında yeni quyunu istismara verib. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, ARDNŞ-nin məlumatında deyilir.

Quyu 3 510 metr dərinlikdə qazılıb. Quyunun mənimsənilməsi çətin olub. Bu quyunun bir günlük debiti 42 ton neft və 80 min kub metr qaz təşkil edir.

Hazırda bu yataqda 3 600metr dərinliyində daha bir quyu qazılır. Bu quyu ilin sonuna qədər hazır olacaq.

Xəbər lenti

Xəbər lenti