...

Ceyhanda keçiriləcək mərasimdə BTC neft kəmərinə "qızıl" boru qaynaq ediləcək

Energetika Materials 12 İyul 2006 12:53 (UTC +04:00)

İyulun 13-də Bakı-Tiflis-Ceyhan neft kəmərinin açılış mərasimi zamanı Ceyhan liman şəhərindəki Yumurtalıq limanının BTC-Toren-Alanı sahəsində boru kəmərinin son həlqəsinə "qızıl" boru qaynaq ediləcək. Bu barədə Trend in xüsusi müxbirinə mərasimin təşkilat komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Mərasimin yerli vaxtla saat 11:00-da başlayacağı və saat 14:00-dək davam edəcəyi gözlənilir.

BTC boru kəməri dünya bazarlarına sutkada 1 mln bareldən çox neft ixrac etmək qabiliyyətinə malikdir. BTC ilə əsasən "Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən neft ixrac oluncaq. 2008-2009-cu illərdə kəmərlə Qazaxıstan və Türkmənistan neftinin nəqli gözlənilir.

Xəbər lenti

Xəbər lenti