...

Lazım gələrsə, BTC neft kəmərinin iş müddətini artırmaq olar

Energetika Materials 12 İyul 2006 12:56 (UTC +04:00)

Ceyhanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin rəsmi açılış mərasimi yalnız Türkiyənin TRT telekanalı ilə birbaşa yayımlanacaq. Trend in verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN mətbuat xidmətinin məlumatında deyilib.

Mərasimin yayımı pulsuz olacaq, digər telekanalların isə mərasimi birbaşa yayımlaması qadağandır. TRT-nin sputnik verilişləri üçün də hər hansı limit nəzərdə tutulmayıb.

Türkiyə XİN-in KİV nümayəndələri üçün xüsusi məlumatında qeyd olunub ki, lazım gələrsə, BTC neft kəmərinin iş müddətini artırmaq olar. "Neft kəmərinin 40 il müddətində işləyəcəyi planlaşdırılır, lakin lazım gələrsə, yeni tədqiqatlar keçiriləcək və borunun iş müddəti artırılacaq", - deyə məlumatda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti