...

Ceyhanda BTC kəmərinin açılış mərasimində çıxışların proqramı açıqlanıb

Energetika Materials 12 İyul 2006 17:56 (UTC +04:00)

İyulun13-də saat 12.30-da (Turkiyə vaxtı ilə) Geyhandakı terminala Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixail Saakaşvili, Türkiyə prezidenti Əhmed Necet Sezer, BP-nin rəhbəri Lord Con Braunun gəlişi gözlənilir. Bu barədə, Trend in Türkiyədəki xüsusi müxbirinin yaydığı xəbərə əsasən, mərasim təşkilatçılarının məlumatında deyilir.

Azərbaycan, Gürcüstan və Türkiyə himnlərinin səsləndirilməsindən sonra BTC-nin Ceyhandakı terminala birləşdirilməsi haqqında film nümayiş etdiriləcək.

12:39-da BTC Cö-nun keçmiş rəhbəri Maykl Taunşend Lord Braunu çıxış etməyə dəvət edir;

- 12:40 - Türkiyə baş naziri Rəcəp Tayyip Erdoğanın nitqi;

- 12:56 - Gürcüstan prezidentinin nitqi;

- 13:10 - Azərbaycan prezidentinin nitqi;

- 13.30 - Türkiyə prezidentinin nitqi;

- 13:55 -BP Azerbaijan-ın rəhbəri Devid Vudvordun niqi.

14.00-da layihədə iştirak edən bütün şirkətlərin prezidentləri və nümayəndələri "qızıl boru"nun çəkilməsinə dəvət olunacaq.

Mərasim 14:30-da orkestrın çaldığı müsiqi sədaları altında başa çatacaq.

Azərbaycandan tədbirdə xarici işlər naziri Elmar Məmmədyarov, dövlət başçısının iqtisadi məsələlər üzrə müşaviri Əli Əsədov, sənaye və energetika naziri Natiq Əliyev, maliyyə naziri Samir Şərifovun iştirakı gözlənilir.

Qazaxıstan tərəfindən isə energetika və mineral ehtiyatlar naziri Baktıkoja İzmuxambetovun iştirakı planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti