...

"Azərenerji" idarə olunan şəbəkələrdə sutkada 1100 sayğac quraşdırır

Energetika Materials 24 İyul 2006 13:44 (UTC +04:00)

"Azərenerji" SC paylayıcı şəbəkəsini idarə etdiyi 46 rayondakı abunəçilərə sutkada təxminən 1100 sayğac quraşdırır. Trend in xəbər verdiyi kimi, bu barədə SC-nin mətbuat xidmətindən bildiriblər. Lakin bu rayonların abunəçilərinin sayğacla tam təmin olunması üçün sutkada təxminən 4000 sayğac quraşdırmaq lazımdır.

Hazırda SC artıq 100 min sayğac alıb. İlin sonunadək onların ümumi sayı 600 minə çatacaq. Hazırda eyni vaxtda 17 rayonda işlər görülür.

Bu rayonlarda keçirilmiş inventarlaşmanın yekunlarına görə buradakı abunəçilərin ümumi sayı 900 min nəfəri keçir, bunlardan 20-25%-nin sayğacı var. Abunəçilərin ümumi sayından 787 mini əhalidir. İstifadə olunan elektrik enerjisinin 68,4%-i əhalinin payına düşür, lakin yığımlar 20%-i keçmir.

Hazırda bu paylayıcı şəbəkələrdə tam yenidənqurma işləri aparılır, avadanlıqlar, nəzarət və hesablama üzrə müasir sistemlər quraşdırılır.

Xəbər lenti

Xəbər lenti