Tramex International Inc. şirkətinin səhmlərinin 50%-nə malik İona Kardasapolusis ABƏŞ-lə GIOC arasındakı sazişi qəbul etmədiyindən Arbitraj məhkəməsində Gürücstana qarşı iddia qaldırıb. Gürcüstan Ədliyyə Nazirliyindən Trend in xüsusi müxbirinə veriləni məlumata əsasən, 350 mln dollarlıq məhkəmə çəkişməsi yeni mərhələyə daxil olub.
İ.Kardasapolusis iddia edir ki, 1992-ci ilin martın 3-də Tramex International Inc. və "Saknavtobi" G.T.I. şirkətinin yaradılması barədə saziş imzalayıb. 1993-cü ildə "Konsessiya sazişi" əsasında şirkətə neft və qazın Gürcüstan ərazisində idarə edilməsi, saxlanılması və istifadəsi üzrə daimi səlahiyyəti, eləcə də saziş bağlamaq, gələcəkdə yaradılacaq neft kəmərlərini istifadə etmək və 30 il ərzinə neft məhsullarını nəql etmək hüququ verilib.
Lakin sonra Beynəlxalq Gürcüstan Neft Korporasiyası yaradılıb ki, bu korporasiyaya neft kəmərlərinin çəkilişi və istismarı sahəsində bir sıra səlahiyyətlər verilib. 1996-cı ildə Gürcüstanla ABƏŞ arasında neftin Gürcüstan ərazisilə nəqli haqqında 30 illik saziş imzalanıb. Nəticədə G.T.I. şirkətinin yuxarıdakı səlayihhətlərinin yerinə yetirməsi mümkünsüz olub. Bu isə həmin şirkətin hüquqlarının pozulduğunu deməyə əsas verir. Ədliyyə Nazirliyi "DLA Piper Rudnick Gray Cary" hüquq şirkətini tutub və inzibati xərclər 75 min dollar təşkil edib.
Gürcüstan Ədliyyə Nazirliyi arbitrajın formalaşdırılmasında iştirak edib. 3 arbitr təyin olunub. Bunlar Kanada, Kuba və Böyük Britaniya vətəndaşları İv Fortye, Fransisko Oreqo Vikuna və Artur Uotsdur.