...

Almaniya EİTİ-nin gerçəkləşdirilməsində ARDNŞ-in rolunu yüksək qiymətləndirir

Energetika Materials 24 Avqust 2006 15:34 (UTC +04:00)

ARDNŞ prezidenti Rövnəq Abdullayev Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Per K.Stankina ilə görüşüb. Bu barədə Trend şirkətin məlumatına istinadən xəbər verir. Görüşdə R.Abdullayev ARDNŞ-in Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçid, menecment sisteminin müasir beynəlxalq tələblərə uyğunlaşdırılması, neftlə çirklənmiş torpaqların təmizlənməsi niyyətlərindən söz açıb.

Səfir ARDNŞ-in "Təbii Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü"ndəki rolunu və Azərbaycanın 10 bölgəsində öz maliyyə vəsaiti hesabına müalicə-diaqnostika mərkəzləri inşa etdirməsini yüksək qiymətləndirib.

Onun sözlərinə görə, Almaniya şirkətləri Dövlət Neft Şirkəti ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. Diplomat, həmçinin, Azərbaycanın enerji daşıyıcılarının Avropaya nəql edilməsində ölkəsinin maraqlı olduğunu bildirib.

ARDNŞ prezidenti R.Abdullayev qonağa Azərbaycan neft sənayesinin yüksək səviyyəli mütəxəssislərlə təmin edilməsi məqsədilə xarici ölkələrdə kadr hazırlığı proqramı barədə də məlumat verərək Almaniya tərəfini bu sahədə əməkdaşlığa çağırıb.

Xəbər lenti

Xəbər lenti