...

Azərbaycanın Dövlət Neft Şirkəti Ceyhandan növbəti neft partiyasının satışı üçün tenderi bağlı elan edib

Energetika Materials 6 Sentyabr 2006 11:58 (UTC +04:00)

Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə gətirilmiş Azeri Light şəxsi neft markasının növbəti partiyasının Türkiyənin Ceyhan limanından göndərilməsi üçün tenderi bağlı elan edib. Bu barədə Trend ə ARDNŞ-dən bildirilib. Tenderin qalibi Arcadia Petroleum Limited treyderi olub.

Partiyanın həcmi 600 min barel (və ya 80 min ton) təşkil edəcək. Partiyanın bu il sentyabrın 28-30-u göndərilməsi planlaşdırılır.

Sentyabrın 4-də AZERI LT FOB Ceyhan neftinin qiyməti $66,29/barel təşkil edib (əvvəlki qiymətə nisbətən $1,70/barel aşağı düşüb).

Ceyhandan neft partiyalarını aşağıdakı şirkətlər alıb:

Avqust- Statoil (1 mln. barel);

Avqust- Arcadia (1 mln. barel).

Xəbər lenti

Xəbər lenti