...

Azneftkimyamash 13 mln manat məbləğində məhsul satışı həyata keçirib

Energetika Materials 18 Sentyabr 2006 11:47 (UTC +04:00)

2006-cı ilin yanvar-avqust aylarında Azneftkimyamash ASC 13 mln manat məbləğində məhsul satıb ki, bu da 2005-ci ilin analoji dövrü ilə müqayisədə 11% çoxdur. ASC-dən Trend ə verilən məlumata görə, bu dövr ərzində 5,1 mln manat dəyərində məhsul daxili bazarda (əsasən ARDNŞ tərəfindən) satılıb. Yerdə qalan həcm isə ixracın payına düşüb.

Azneftkimyamash ASC respublika prezidentinin 22 mart 2001-ci il tarixli sərəncamı ilə Azneftkimyamash DŞ-nin bazasında yaradılıb.

Məhsul əsasən Rusiya, Qazaxıstan, Türkmənistan, Əfqanıstan, Özbəkistan, Gürcüstan və Estoniyaya ixrac olunub.

ASC-dən bildirilib ki, bu dövr ərzində yüksək göstərici Sabunçu NEZ-də (təxminən 1 mln manat), Bakı fəhləsi maşınqayırma zavodunda (2 mln manat) müşahidə olunub. Bu dövr ərzində istehsal olunan məhsulun ümumi həcmi 14,5 mln manat təşkil edib ki, bu da 2005-ci ilin analoji dövrü ilə müqayisədə 16% çoxdur.

Xəbər lenti

Xəbər lenti