...

Azərbaycan Dövlət Neft Şirkəti "Türkan" perspektiv sahəsində işlərə başlayır

Energetika Materials 30 Oktyabr 2006 20:28 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin "Abşeron" Qazma İşləri İdarəsi "Türkan" perspektiv sahəsində kəşfiyyat quyusunu qazmağa başlayır. Trend in xəbər verdiyi kimi, bu barədə ARDNŞ-dən bildiriblər. Quyunun layihə dərinliyi 4000 metr təşkil edəcək.

Azərbaycan Dövlət Neft Şirkəti "Türkan" perspektiv sahəsində iki kəşfiyyat quyusunun qazılması imkanlarını nəzərdən keçirir.

Keçən əsrin ortalarında bu sahədə artıq iki məhsuldar quyu qazılıb.

İkinci kəşfiyyat quyusunun qazılması gələn il üçün nəzərdə tutulub. Bu işlərə hazırlıq artıq başlanıb. Quyulardan birinin 3400 metr, digərinin isə 4000 metr dərinlikdə qazılması planlaşıdırılır. Bu yataqda quyulardan gözlənilən təxmini debit 40-50 tondur. Eytiyatların qiymətləndirilməsi kəşfiyyat işləri başa çatdıqdan sonra həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti