...

Bakı- Supsa boru kəməri gələcək nəqletmələrdə təhlükəsizliyin təmini üçün dayandırılıb

Energetika Materials 4 Noyabr 2006 13:34 (UTC +04:00)

BR Azerbaijan neftin Bakı-Supsa boru kəməri ilə nəqlinin borunun ayrı-ayrı hissələrində yoxlanış başa çatana qədər dayandırılması müddətini uzadıb. Hazırda boru kəmərində elektron kürəkciklərdən istifadə etməklə bağlı vəziyyət haqqında məlumat almaq üçün yoxlamalar və proflaktik işlər aparılır. Bu haqda Trend - ə şirkətdən xəbər verilib.

Yanvar-sentyabr aylarında Bakı-Supsa boru kəməri ilə 2005-ci ilin yanvar-sentyabr aylarındakı 5,157 milyon tonuna qarşı 5,223 milyon ton neft nəql olunub. Bakı-Supsa boru kəməri ilə sentyabr ayında 2005-ci ilin sentyabr ayındakı 589,4 min tonuna qarşı 515,267 min ton neft ixrac olunub.

Xəbər lenti

Xəbər lenti