...

Transxəzər qaz kəmərinin tikintisi AB-yə enerji daşıyıcılarının tədarükünün diversifikasiyasına kömək edəcək

Energetika Materials 30 Noyabr 2006 15:34 (UTC +04:00)

Yeni Transxəzər təbii qaz boru kəmərinin tikintisi AB ölkələrinə enerji daşıyıcılarının tədarükünün diversifikasiyasına və Rusiya qazından asılılığını azaltmağa kömək edə bilər. Trend RBK-ya istinadən məlumat verir ki, bunu bu gün Astanada energetika məsələləri üzrə AB kommisarı Andris Piebalqs bildirib.

"Rusiya yaxşı tədarükçüdür, lakin biz Gürcüstanda boru kəmərinin partlayışı nəticəsində ölkə işıq və istiliksiz qaldıqda nə baş verdiyini gördük. Tədarüklərin diversifikasiyası ilk növbədə pis hadisələrdən qaçmağa, ikincisi, enerji daşıyıcılarının bazarın likvidli olmasına kömək edəcək " - Reuters-in məlumatına görə, o belə deyib.

Andris Piebalqs bildirib ki, Qazaxıstan gələcəkdə enerji daşıyıcılarının əsas tədarükçüsü ola bilər.

Astanadakı çıxışında A. Piebalqs həm də qeyd edib ki, AB və Qazaxıstan artıq bəzi real layihələr üzərində işləyir, xüsusilə də ölkənin əsas qaz və neft ehtiyatları yerləşən Xəzər dənizindən qaz nəqlinin imkanlarını tədqiq edir.

Xəbər lenti

Xəbər lenti