...

Fransız şirkətləri Azərbaycanda əsasən ictimai xidmət sahələrinə investisiyalar yatırmaq marağındadır

Energetika Materials 6 Dekabr 2006 19:42 (UTC +04:00)

Fransız şirkətləri Azərbaycanda əsasən ictimai xidmət sahələrinə investisiyalar yatırmaq marağındadır. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə Bakıda səfərdə olan Fransa şirkətləri nümayəndələrinin dekabrın 6-da keçirdikləri mətbuat konfransında Fransa Sahibkarlar Birliyinin (MEDEF) Orta Asiya və Qafqaz Komitəsinin sədri Kristian Mons məlumat verib.

"Fransa şirkətlərinin ictimai xidmət sahəsində çox böyük təcrübələri var və ona görə də iş adamlarını Azərbaycanda ən çox ictimai xidmət sahələri maraqlandırır. Burada söhbət nəqliyyat, sərnişindaşıma, həmçinin içməli suyun çatdırılması layihələrindən gedir. Fransada bu cür layihələr ya özəl, yaxud yarımözəl şirkətlərə həvalə olunur və beləliklə bizim şirkətlərimiz də məhz bu sahədə əməkdaşlıq etməkdə maraqlıdırlar. Bizim Azərbaycana ilk səfərimiz zamanı ən çox neftdən danışılırdı. Lakin hazırda isə şahidi oluruq ki, Azərbaycanda ölkə rəhbərliyi yeni iqtisadi inkişaf yolu seçib və burada əsasən söhbət qeyri-neft sektorunun inkişafı ilə bağlı layihələrdən gedir" - deyə K.Mons bildirib.

K.Mons fransalı iş adamalrının Bakıya ikigünlük səfəri çərçivəsində Azərbaycanın
hökumət üzvləri və yerli şirkətlərin təmsilçiləri ilə görüşlər keçirdiklərini, bu görüşlərin iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verəcəyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti