...

Azərkimya DŞ istehsal həcmini artırır

Energetika Materials 7 Dekabr 2006 15:45 (UTC +04:00)

2006-cı ilin yanvar-noyabr aylarında Azərkimya Dövlət şirkəti (DŞ) 830,9 min manat məbləğində xalq istehlakı malları istehsal edib. Şirkətdən Trend ə verilən məlumata görə, ümumilikdə dövlət qurumunun müəssisələrində istehsalat göstəriciləri 2005-ci ilin həmin göstəricisi ilə müqayisədə 16,5% artıb. Proqnoz 142,5% yerinə yetirilib.

Bu dövr ərzində yüksək təzyiqli polietilen 21,9%, butadien - 16,7%, butilen-izobutilen fraksiyaları - 15,5%, propilen oksidi - 36,9%, poliefir qatranı - 68,1%, maye kaustik soda - 30,2%, absolyutlaşdırılmış izopropil spirti - 12,6% çox istehsal olunub.

Bu dövr ərzində DŞ-də 710 nəfər işlə təmin olunub.

Dövlət qurumundan həmçinin bildirilib ki, həmin dövrdə Azərkimyanın istehsal etdiyi məhsulların əksəriyyəti Türkiyə, Rusiya, Gürcüstan, Latviya, İtaliya, İspaniya, Belçika, Türkmənistan, Özbəkistan, Ukrayna, İran və İraq kimi ölkələrə ixrac olunub.

Xəbər lenti

Xəbər lenti