...

Azərbaycan Dövlət Neft Şirkəti Novorossiyskdən neft partiyasının satışı üçün tenderi bağlı elan edib

Energetika Materials 22 Dekabr 2006 13:43 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Novorossiysk limanından 2007-ci ilin yanvar ayında 620 mln. barel həcmində ilk tanker neft partiyasının satışı üçün tenderi bağlı elan edib. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

Tenderin qalibi İsveçrənin Sun Oil treyderi elan olunub. Partiyanın 2007-ci il yanvarın 23-24-də yüklənməsi nəzərdə tutulub.

Dekabr ayında ARDNŞ Novorossiyskdən 1,080 mln. barel və 620 min barel həcmində iki neft partiyası satıb. Hər iki partiyanı REOC Ltd. treyderi alıb.

2005-ci ildə ARDNŞ Novorossiysk limanından 1,631 mln. ton neft yükləyib, 2004-cü ildə isə bu göstərici 2,559 mln. ton olub.

Xəbər lenti

Xəbər lenti