...

Azərbaycan Dövlət Neft Şirkəti perspektivli sahədə yeni quyular qazacaq

Energetika Materials 29 Dekabr 2006 16:13 (UTC +04:00)

Gələn ilin əvvəlində Azərbaycan Dövlət Neft Şirkəti "Türkan" perspektivli sahəsində iki kəşfiyyat quyusunun qazıntısına başlamaq niyyətindədir. Bu barədə Trend ə ARDNŞ-dan bildiriblər.

Keçən əsrin ortalarında bu sahədə iki məhsuldar quyu qazılıb. Bu işlərə artıq başlanılıb. Quyulardan birini 3400 metr, digərini 4200 metr dərinliyinndə qazmaq planlaşdırılır.

Bu yataqda quyuların ilkin debiti sutkada 40-50 ton göstərilir. Ehtiyatların qiymətləndirilməsi kəşfiyyat işləri bitdikdən sonra olacaq.

Xəbər lenti

Xəbər lenti