...

Azərbaycan Gürcüstana qaz tədarkünün həcmini açıqladı

Energetika Materials 20 Yanvar 2007 13:31 (UTC +04:00)

Trend xəbər verir ki, ay ərzində 30 mln. kub metr qaz tədarük edilməsi barədə razılaşma yerinə yetirilənə qədər Azərbaycan hələ bir neçə gün ərzində Gürcüstana qaz tədarükünü davam etdirə bilər.

Hazırda Gürcüstana tədarük edilən Azərbaycan qazının həcmi 20 mln. kub metr təşkil edir.

Razılaşmaya əsasən Azərbaycan Gürcüstana 10 gün ərzində qaz tədarük edəcək. Tədarük hər ayın 10-dan 20-nə qədər sutkada 3 mln. kub metr həcmində olacaq.

Azərbaycan Gürcüstana öz qazını 1 min kub metri 120 dollara tədarük edir.

Xəbər lenti

Xəbər lenti