...

Bu il Azərbaycanda MDB-də analoqu olmayan elektrik stansiyası təhvil veriləcək

Energetika Materials 14 Fevral 2007 15:50 (UTC +04:00)

"Azərenerji" SC yaxın zamanlarda Bakıda 104 MVt gücündə olan yeni modul elektrik stansiyasını istifadəyə verəcək. Həmçinin ilin sonunadək Sumqayıtda MDB məkanında analoqu olmayan 517 MVt gücündə olan buxar-qaz qurğusu da istifadəyə veriləcək. Bu barədə Trend ə əsasən SC-nin mətbuat xidmətindən "Azerenerji"nin vitse prezidenti Marlen Əsgərov məlumat verib.

SC bu ildə Salyanda 220 kV-luq yarımstansiyanın tkintisini başa çatdıracaq. Bu obyekt yalnız regionun eneji təminatını yaxşılaşdırmayacaq, həm də İran və Azərbaycan arasında elektrik enerjisi axınının indiki 200 MVt-dan 700 MVt -dək artırılmasına imkan yaradacaq. Bu həmçinin Naxçıvan MR-nin enerji təchizatının yaxşılaşdırılmasına şərait yaradacaq.

2007-ci ildə respublikada 400 kilometr yüksək gərginlikli elektrik xətlərinin çəkilişi, ümumi gücü 200 MVA olan səkkiz yarımstansiyanın tikintisi (iki - 330kV, iki - 220 kV və dörd 110kV) planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti