...

Azərbaycan yatağında doqquz yeni quyu qazılacaq

Energetika Materials 17 Aprel 2007 18:55 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend /2007-ci ildə ADNŞ-in "Balaxanıneft" neft və qaz çıxarma idarəsində 54 min 929 ton neft hasil edilib ki, bunun da 3 210 tonu proqnozlaşdırılandan əlavə olub. Bu barədə ADNŞ-dən məlumat verilib.

Yataq üzrə gündə plandan əlavə 35 ton neft hasil edilir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 104,1 % artım qeydə alınıb. İlin əvvəlindən bəri yataqdan 8,2 milyon kubmetr qaz hasil edilib ki, bu da proqnoza 161,6 % əməl edilməsi deməkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə 345,1 % artıma nail olunub.

"Balaxanıneft" NQÇİ "Azneft" İB üzrə ən böyük quyu fonduna malik idarədir (1 155 ədəd). Ötən il 29 quyu fəaliyyətsiz fonddan fəaliyyətdə olan fonda keçirilib, qazmadan 9 quyu balansa daxil edilib. Bu ilin I rübündə ötən ilin müvafiq dövrünə nisbətən qazma işləri 4 dəfə artırılaraq 915 metrdən 4 300 metrə çatdırılıb. 1-i neft, 1-i isə qaz quyusu olmaqla 2 yeni quyu istismara verilib. 57 geoloji-texniki tədbir həyata keçirilib. Bir sıra quyularda çıxarıla bilən neft ehtiyatlarının həcmi yüksək olan yuxarı horizontlara keçirilib. Bu il 30 quyunu fəaliyyətsiz fonddan fəaliyyətdə olan fonda daxil etmək və 9 yeni quyu qazma nəzərdə tutulub.

"Balaxanıneft" NQÇİ-nin tərkibinə daxil olan "Balaxanı"-"Sabunçu"-"Ramana" yatağı artıq 135 ildir ki, istismar edilir. Yataq 26 laydan ibarətdir. Onların hər birində geoloqların son qiymətləndirmələrinə görə, neft hasilatı mümkündür. Balaxanı neftindən "Azneftyağ" neft emalı zavodunda donmayan yağların nadir növləri istehsal olunur.

Xəbər lenti

Xəbər lenti