...

Azərbaycan Dövlət Neft Şirkəti PTT Public Company Limited-ə Ceyhandan iri tanker partiyası satacaq

Energetika Materials 23 Aprel 2007 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) mayın 7-də PTT Public Company Limited (Tailand) üçün Türkiyənin Ceyhan limanından yüngül neftli iri tanker partiyası yükləyəcək. Bu barədə məlumatı bazar ertəsi ARDNŞ nümayəndəsi bildirib. Partiyanın həcmi 1 mln. barel Azeri Light markalı benzin təşkil edəcək.

ARDNŞ 28 fevralda PTT şirkətilə bağlanmış illik müqavilə çərçivəsində ay ərzində Tailand NEZ üçün 1 mln. barel Azeri Light nefti tədarük edəcək.

Bakı-Tiflis-Ceyhan kəməri ilə daşınan neft Ceyhandan Fob, yaxud CFR şərtləri ilə tədarük olunacaq.

PTT Public Company Limited Tailandın neft-qaz hasilatı, neft məhsullarının emalı, nəqli, ixrac - idxalı ilə məşğul olan iri neft şirkətidir.

PTT Tailandın sutqalıq emal gücü 925 min barel olan 4 neft emalı zavodunda iştirak payına malikdir. Hazırda ARDNŞ öz neftinin Ceyhandan birbaşa tədarükü barədə ABŞ və Uzaq Şərqlə danışıqlar aparır. Dövlət Neft Şirkəti yüngül nefti 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" çərçivəsində "Azəri-Çıraq-Günəşli" yatağından hasil edir.

Xəbər lenti

Xəbər lenti