...

Azərbaycan Dövlət Neft Fondu öz informasiya siyasətini açıqlayıb

Energetika Materials 7 May 2007 20:24 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova / Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) icraçı direktoru Şahmar Mövsümov tərəfindən 2007-ci il aprelin 20-də təsdiq edilmiş informasiya siyasətini açıqlayıb. ARDNF-dən verilən məlumata görə, bu sənəd "İnformasiya əldə etmək haqqında" Qanununa uyğun olaraq, Fondun ictimaiyyətlə əlaqələrinin düzgün koordinasiya edilməsini, effektli idarə edilməsini, ictimaiyyətin Fondla bağlı informasiya ehtiyaclarının ödənməsini və Fondun şəffaf dövlət təşkilatı imicinin qorunmasını və inkişaf etdirilməsini təmin etmək məqsədi ilə hazırlanıb.

Sənəddə informasiya siyasətinin əsas prinsipləri, informasiya siyasətinin məqsədinə uyğun olaraq Fondun əsas vəzifələri, Fondun informasiya siyasətinə əsasən ictimaiyyəti məlumatlandırmalı olduğu məlumatların təsnifatı öz əksini tapıb.

Bura gəlir və xərclər barədə rüblük məlumatlar; illik hesabatlar; Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqinə dair hesabatlar; audit hesabatları; Müşahidə Şurasının iclaslarına dair məlumatlar; təşkilati struktur; büdcəsinə dair məlumatlar; aldığı qrantlar, onların şərtləri və istifadəsi haqqında  məlumatlar; fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlar; maliyyələşdirdiyi layihələrə dair ümumi məlumatlar; investisiya portfeli ilə bağlı konfidensial olmayan məlumatlar; rəhbərliyin xarici işgüzar səfərləri barədə məlumatlar; vakant vəzifələrlə bağlı elanlar daxildir.

Xəbər lenti

Xəbər lenti