...

"Azərenerji"nin rəhbəri: "Azərbaycanda hidroenergetikanın inkişafı üçün böyük potensial var"

Energetika Materials 1 İyun 2007 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend S.Əliyev/ Azərbaycan çaylarında yeni hidroelektrik stansiyaların tikintisi ölkədə elektrik enerjisi çatışmazlığı ilə bağlı problemi qismən həll etməyə imkan verəcək.

Cümə günü Bakıda keçirilən elektrik enerjisi məsələləri üzrə Azərbaycan-Koreya seminarında "Azərenerji" SC-nin prezidenti Etibar Pirverdiyevin bəyan etdiyi kimi, 1-3 və hətta 5 MVT gücünə malik hidroelektrik stansiyaların tikintisində özəl şirkətlər iştirak edə bilər.

"Azərbaycanda hidroenergetikanın inkişafı üçün böyük potensial var" - deyə Pirverdiyev bildirib.

Bu ilin ilk üç ayı ərzində istehsal olunmuş elektrik enerjisinin ümumi həcmindən 6 mlrd. kVt/saatı istilik elektrik stansiyalarının və yalnız təxminən 0,6 mlrd. kVt/saatı hidroelektrik stansiyaların payına düşüb.

Pirverdiyevin sözlərinə görə, 2006-cı ildə Azərbaycan enerji sisteminin istehsal gücü 450 MVt artıb. "Sumqayıt elektrik stansiyasında buxar-qaz qurğusunun tikintisi gedir, Səngəçalda modul elektrik stansiyasının tikintisinə başlanıb. Əli Bayramlı elektrik stansiyasının yenidən qurulması üzrə işlər başlayır" - deyə "Azərenerji" rəhbəri bildirib.

Ölkədə elektrik enerjisinin hazırki istehsal gücü 5500 MVt təşkil edir. Üç-dörd il ərzində gücün 10 min MVT-dək artırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti