...

Böyük Britaniya, Norveç və Azərbaycan hökumətləri EİTİ çərçivəsində birgə bəyanat imzalayıblar

Energetika Materials 6 İyun 2007 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova/Böyük Britaniya, Norveç və Azərbaycan hökumətləri Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü (EİTİ) çərçivəsində birgə bəyanat imzalayıblar. Bu barədə Azərbaycan Dövlət Neft Fondundan məlumat veriblər. İmzalanma mərasimi Nyu-Yorkda BMT-nin "cənub-cənub" əməkdaşlığı üzrə yüksək səviyyə Komitəsinin XV sessiyasında baş tutub.

Birgə bəyanatda EİTİ barədə bilgi yer alıb və Təşəbbüsün Azərbaycanda müvəffəqiyyətlə tətbiqi, habelə Azərbaycan Dövlət Neft Fonduna BMT-nin 2007-ci ilin "Dövlət xidməti" mükafatının verilməsi xüsusi olaraq qeyd olunub.

Sənəddə həmçinin EİTİ-nin regional əməkdaşlıqda tətbiqinin əhəmiyyəti vurğulanıb.

Bunun nümunəsi Azərbaycanla Qazaxıstanın müvafiq sahədəki təcrübə mübadiləsidir.

Xəbər lenti

Xəbər lenti