Azərbaycan,Bakı/ Trend müxbir V.Şərifov/ 25-29 iyun həftəsində hazırda Türkiyənin Ceyhan, Gürcüstanın Batumi limanından satılan AZERI LT (CIF) markalı neftin orta qiyməti $72,06/barr olub ki, bu da ötən həftəki orta qiymətdən $0,35/barr yaxud 0,5 faiz azdır.
25-29 iyun tarixlərində AZERI LT neftinin ən yüksək qiyməti $73,10/barr., ən aşağı qiyməti isə $71,28/barr. olub. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.
Azərbaycanın Novorossiysk limanından satdığı URAL (EX-NOVO) neftinin 25-29 iyun həftəsində orta qiyməti $67,05/barr təşkil edib, bu da əvvəlki həftə olan qiymətdən $0,34/barr yaxud 0,6 faiz aşağıdır. 25-29 iyun həftəsində URAL neftinin ən yüksək qiyməti $68,20/barr ən aşağı qiyməti isə $66,00/barr olub.
URAL neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,8%-dir.
25-29 iyun həftəsində Brent Dated markalı neftin orta qiyməti $72,51/barr olub ki, bu da ötən həftəki orta qiymətdən $0,12/barr yaxud 0,2 faiz aşağı olub. Ötən həftə Brent neftinin ən yüksək qiyməti $73,51/barr ən aşağı qiyməti isə $71,62/barr olub. Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.