...

"E. ON Ruhrgas"ın vitse-prezidenti: "Almaniya avtoyanacaqdoldurma stansiyalarının qazla təmin edilməsi üçün böyük səylər göstərir"

Energetika Materials 3 Avqust 2007 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend A.Bədəlova/ "E.ON Ruhrgas" şirkətinin vitse-prezidenti Tomas Gizelin Trend a verdiyi mlumata görə, 2008-ci ilin sonuna qədər Almaniyanın "E.ON Ruhrgas" şirkətinə məxsus olan "E.ON Gas Mobil" şirkəti Almaniya avtomagistralı üzrə 150 qazdoldurma məntəqəsi tikəcək.

Avropa Birliyi ölkələri hazırda enerjinin ekoloji cəhətdən təmiz mənbələrindən istifadə məsələsini araşdırırlar. Misal üçün, Almaniyanın "TNS-İnfratest" sosioloji institutunun məlumatlarına görə, Almaniyanın hər üç avtomobil sevərlərindən biri maşın alarkən mühərriki qazla işləyən avtomobilə üstünlük verməyə hazırdır.

Onun sözlərinə görə, Almaniyanın qaz bazarı yanacaqdoldurma mənətəqələrini təbii qazla təmin etmək məqsədilə böyük səylər göstərir.

"Hazırda 2008-ci ilə qədər 1000 stansiyanın tikintisi ilə bağlı proqram fəaliyyət göstərir" - deyə Gizel bildirib. Hazırda "DaimlerChrysler", "General Motors", "Ford", "Volkswagen" və "Fiat" şirkətləri təbii qazla işləyən avtomobillərin satışı ilə məşğul olurlar. 2007-ci il üçün Almaniyada 55000 belə avtomaşın mövcuddur.

"Proqnozlara görə, bu rəqəm 2007-ci ildə 150 000-ə qədər artacaq" - deyə "E.ON Ruhrgas"ın vitse- prezidenti Tomas Gizel bildirib.

Xəbər lenti

Xəbər lenti